"Yaxın zamanda Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq" - HƏRBİ EKSPERT BİLDİRDİ

"Yaxın zamanda Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq" - HƏRBİ EKSPERT BİLDİRDİ

“Azərbaycan Ordusunun tarixi yüksəlişi davam edəcək. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışı bu gerçəyin anonsudur. Bu gün Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edən Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsinə, Ordumuzun əldə etdiyi şanlı Qələbəyə diqqəti yönəldib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrimiz Vətən müharibəsindəki Ordumuzdan qat-qat güclüdür və hər ötən gün öz döyüş hazırlığını, peşəkarlığını artırmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, ölkə başçısı çıxışında ordumuzun yaxın gələcəkdə yeni, yüksək səviyyəyə qalxacağını da vurğulayıb: “Dövlətimizin başçısının bu sözləri onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq. Ordumuzun tarixi yüksəlişi davam edəcək. Prezidentin komanda hərbi hissəsindəki çıxışı bunun anonsudur”.

Polkovnik sözlərinə davam edərək xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, müasir silah-sursatla, hərbi texnika ilə təmin edilməsi prosesi davam etməkdədir: “Məhz bütün bunlar ordumuzun inkişafını şərtləndirir ki, bu da dövlətimizin, eləcə də bütün regionun təhlükəsizliyi baxımından vacibdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə