İki qardaş ölkənin birliyini ifadə edən açıq mesajlar - ŞƏRH

İki qardaş ölkənin birliyini ifadə edən açıq mesajlar - ŞƏRH

Abbas Əliyev,

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edir. Bu amil iki qardaş ölkə arasındakı əlaqələrin xarakterini bir daha nümayiş etdirir. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, Türkiyədə keçirilən prezident seçkiləri Cənab Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra Azərbaycana səfəri məhz bu konteksdə daha çox diqqəti çəkdi. Cənab Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar birgə keçirilən bəyanatda vermiş olduğu mesajlar da olduqca vacibdir. İki qardaş ölkənin birliyini ifadə edən açıq mesajlar idi. Türkiyə-Azərbaycan qardaşlıq
əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu günə qədər əldə edilmiş bütün uğurların kökündə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələri dayanıb. Ölkələrimiz arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi bu baxımdan vacib əhəmiyyət kəsb edir. Tarixi Bəyannamə Azərbaycanla Türkiyə
arasındakı dostluq, qardaşlıq münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmiş olub. Əslində Şuşada iki qardaş ölkə arasında imzalanan Bəyannamə rəmzi xarakterə malikdir.

Abbas Əliyev bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Eyni zamanda bölgədə inkişaf, sabitlik və təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan birliyi təsirli rola malikdir.

Həmçinin Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi, müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, bununla yanaşı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq planları var. İndiki şəraitdə güc amilinin ön plana çıxdığını nəzərə alsaq bu olduqca önəmlidir. Çünki beynəlxalq hüquq işləmir. Azərbaycan bunun acı nəticələrini otuz illik işğal dövründə yaşayıb. Nəticədə, Azərbaycan öz hərbi gücünə tarixi ədaləti bərpa edib.

Abbas Əliyev Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin sürətlə artdığını və artıq altı milyard dollara yaxınlaşdığını söyləyib. Həyata keçirilən layihələr xüsusilə enerji sahəsində Azərbaycandan Türkiyəyə təbii qaz ixracının ildən-ilə artması ilə bağlı hədəflər də olduqca böyükdür. Bununla yanaşı ticarət dövriyyəsinin həcminə mühüm təsir edəcək amillərdən bir də Azərbaycan ərazisində mövcud olan nəqliyyat və logistika imkanlarının mövcudluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə