“Azərbaycan-Tatarıstan əlaqələri xüsusi əhəmiyyət kəsb edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan-Tatarıstan əlaqələri xüsusi əhəmiyyət kəsb edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın Rusiya ilə münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etməsi ilə yanaşı Rusiyanın müxtəlif subyektləri ilə də münasibətlər dərinləşdirilir. Bu xüsusda Azərbaycan-Tatarıstan əlaqələri də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Tatarıstan rəhbərinin Azərbaycana səfəri və səfər çərçivəsində görülmüş işlərlə bağlı hesabatlar, açılışlar onu deməyə əsas verir ki, siyasi, iqtisadi və mədəni sahədə olduqca güclü münasibətlər qurulub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ilə Tatarıstan rəhbəri arasında sıx dostluq əlaqələri mövcuddur: “İki ölkə arasında iqtisadi sahədə çox yaxşı potensial mövcuddur. Bu potensialı genişləndirmək üçün təşəbbüslər irəli sürülür. Eyni zamanda Tatarıstan təcrübəsinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə müəssisələrin təşkil olunması da ticari-iqtisadi münasibətlərə öz müsbət təsirini göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə