"Bizim heç kimin torpağında gözümüz yoxdur" - HƏRBİ EKSPERT AÇIQLADI
"Qalib ordunun növbəti ildönümü mübarək olsun. Azərbaycan ordusu şanlı və qələbəçalan ordudur. Prezident İlham Əliyevin aprel hadisələrindən sonra dediyi kimi, "Azərbaycan ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib və ərazi bütövlüyünü bərpa etməyə qadirdir". Buna qadir olduğunu ordumuz Ali Baş Komandandan əmr alandan sonra əks hücuma keçərək 44 gün ərzində işğalçı qüvvələri darmadağın edib sübut etdi. Həmçinin, Ermənistana kapitulyasiya aktına bərabər bir akta imza atdırdı. Yəni, Ağdam, Laçın və Kəlbəcər rayonları heç bir atış və itki olmadan azad olundu. Buna gedən yol çox uzun idi. Hələ Ulu öndərin prezidentliyi dövründə Azərbaycan ordusunun formalaşması, gücləndirilməsi və bununla bağlı bütün proseslərin həll edilməsi üçün iqtisadi potensialı yüksək olmalı idi. Bütün bunlar Azərbaycan xalqının iradəsi ilə baş tutdu. Çünki xalqımız torpaqların azad olunmasını nəinki gözləyir, həm də əlindən gələn hər şeyi edirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Ulu öndərin bu istiqamətdə tutduğu yol da torpaqlarımızın azad olunmasında mühüm amildir: "Ümummilli liderimizin layiqli davamçısı olan cənab İlham Əliyev Ulu öndərin ordu quruculuğunda prinsiplərinə sadiq qalaraq, onu daha da inkişaf etdirərək, Azərbaycan ordusunu ən müasir ordular sırasına çıxarmışdır. Ordumuz 44 günlük Vətən müharibəsində XXI əsrin tələblərinə cavab verən taktikada müharibə apardı. Məhz 30 il müdafiə quran düşmən bunu nəzərə almamışdı.
Biz bilirik ki, ordumuz döyüşə hazır idi. Amma iyul hadisələrindən sonra cənab İlham Əliyev hücum diplomatiyasını elan edərək məhz birinci qələbəni diplomatiyada qazandı. Prezident çox gözəl qeyd edib, "Mən bilirəm nəyi, nə zaman və necə etmək lazımdır".
Azərbaycan orudusunu ilk əks-hücum əməliyyatı günündən son günə kimi, yəni Şuşaya bayraq sancana kimi cənab İlham Əliyev öz sərkərdəlik məharətini göstərərək ordunu idarə etdi. Nəticədə də qələbə qazanıldı. Cənab Prezident qeyd etmişdir ki, "Biz Azərbaycan ordusuna nə lazımdırsa, onu da edəcəyik". Bu sözləri o məhz sözdə yox, ordumuzun silahlandırılmasında da görürük. Müharibədən sonra ordu bərpa oldu, yeni texnika alınması ilə bağlı sazişlər oldu və ordumuz qısa bir zamanda əvvəlki durumunu bərpa etdi.
Bu gün Azərbaycan ordusunun zabitləri bütün dünyada inkişaf etmiş ordular tərəfindən çox böyük hörmətlə qarşılanır. Zabitlərimiz biliyi, bacarığı və müharibə təcrübəsi ilə seçilərək hər yerdə diqqət mərkəzindədir. Azərbaycanın apardığı əks-hücum və Şuşa əməliyyatı ən inkişaf etmiş ölkələrin hərbi akademiyalarında təcrübə kimi öyrədilir".
Şair Ramaldanov sözlərinə belə davam edib: "Azərbaycan ordusu inkişaf etməkdə davam edir. Türkiyə modelini ordumuzda tətbiq etmək ordumuzun gücünü daha da artırır. Azərbaycan artıq Türkiyə kimi güclü ordu ilə ayaqlaşır. Bu il Türkiyə ilə 16 birgə təlim planlaşdırılır. Bu təlimlərdən 6-sı yerinə yetirilib, qalanları da ilin sonunadək yerinə yetiriləcək. Bütün bunlar Azərbaycan ordusunun gücləndirilməsinə xidmət edən addımlardır.
Prezidentimizin səyi nəticəsində ordumuz yeni uğurlara addım atır və öz gücünü daim yüksəldir. Ordumuzun gücü regionda sabitliyi və sülhü qorumağa yönəlib. Bizim heçkimin torpağında gözümüz yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB