Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri - Abbas Əliyev
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhvolmaqdan və parçalanmaqdan xilas etdi
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkə məhv olmaq təhlükəsi ilə yanaşı dərin ictimai-siyasi və iqtisadi böhran məngənəsindəndə xilas olundu. 15 iyun 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edildi. 1990-cı illərin əvvəlində sözsüz ki, müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi ilə yanaşı ölkə daxilində siyasi böhran, xaos hökm sürürdü. Dövlətçilik anlayışı olmayan qüvvələrin hakimiyyətdə olması Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. AXC-Müsavat cütlüyün səriştəsizliyi, kreslo davası, ölkənin ayrı-ayrı silahlı qrupların əlində sanki bir oyuncağa çevrilməsi xalqımızın sabaha olan inamını itirmişdi. Təzəcə müstəqilliyini
qazanmış bir ölkəni ağır və xaotik durumdan xilas edə biləcək yeganə şəxs zəngin dövlətçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və İyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ölkə müstəqilliyinin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Beləliklə ölkəmizdə tüğyan edən ictimai-siyasi
böhranı aradan qaldırıldı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edildi.
Abbas Əliyev bildirib ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Ulu Öndər Heydər Əliyev dühasının nəticəsi olaraq Azərbaycanı məhv olmaqdan qurtardı,
müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz oldu.
Abbas Əliyev vurğulayıb ki, Ümummilli Liderin uzaqgörən strategiyası nəticəsində bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətə çevrilib. Ulu Öndərin Heydər Əliyevin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik siyasəti nəticəsində Azərbaycan daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad etdi, işğalçı Ermənistan ordusu döyüş meydanında məğlub oldu. Qələbəmiz tariximizə qızıl hərflərlə yazıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB