Aİ ölkələrinin səfirləri Lənkəran Dövlət Universitetində olublar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Lənkəran Dövlət Universitetində olublar. SİA xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun başçılıq etdiyi Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərindən ibarət nümayəndə heyəti tələbələrlə görüşüb.

Universitetin rektoru Natiq İbrahimov qonaqları salamlayaraq qeyd edib ki, universitet Aİ tərəfindən maliyyələşdirilən üç “Erasmus” təhsil proqramında fəal iştirak edir: “Sonuncu proqram may ayında başlayıb və “yaşıl keçid” mövzusundan bəhs edir”.

P.Mixalko isə öz növbəsində tələbələrə Avropa İttifaqının təhsil proqramları haqqında məlumat verib.

Onun sözlərinə görə, Aİ Azərbaycanda aparılan islahatları dəstəkləyir: “Yaşıl enerji” həm Aİ, həm də Azərbaycan üçün prioritetdir və biz bu istiqamətdə işi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə