"Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri çox böyükdür. Biz deputatlar bəzi problemləri çox qabartmırıq. Çünki anlayırıq ki, əsas olan Qarabağ, orada olan quruculuq və bərpa işlərdir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşən Musayev deyib.
Deputat sözlərinə belə davam edib: "Vurğulamaq istədiyim birinci məsələ xaricdəki səfirliklərimizin təhlükəsizliyidir. Bu istiqamətdə mütləq maliyyə artırılmalıdır. Səfirliklərimizin və diplomatik korpusumuzun təhlükəsizliyi gücləndirilməli, bütün mühüm resurslar verilməlidir. Bu ən əsası da sülh müqaviləsi ərəfəsində lazımdır. Çünki düşmən terrorundan və təxribatından hələ də sığortalanmamışıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB