“Ərdoğanın yenidən prezidentliyi bölgə üçün yeniliklər vəd edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə məlum səfəri gözlənilən idi. Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində fəxri qonaqlar içərisində cənab İlham Əliyev də yer alırdı. Lakin prezident Ərdoğanın zala daxil olarkən Azərbaycan Prezidentinə qarşı olan münasibəti cənab İlham Əliyevin də digər qonaqlarla eyni sırada olmadığını, ev sahibi olduğunu göstərmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, biz iki ölkə arasındakı əlaqələri heçdən qardaşlıq əlaqələri adlandırmırıq: “Bizim qardaşlığımızı əsaslandıran etnik, milli, tarixi çoxəsrlik köklər var. Bu əlaqələrin hazırki vəziyyətə çatmasında hazırki prezidentlərin şəxsi təşəbbüsləri, türk millətçiliyinə verilən dəyərin böyük önəmi var.
Siyasi gündəmə nəzər salsaq, etnik köklər baxımından biri-birinə bağlı olan xalqların dövlətlərinin qardaşlıqlarının şahidi olmuşuq. Hətta bunun əksini, düşmənçilik münasibətlərini sezmişik. Ərdoğanın növbəti illərdə də hakimiyyətdə olması ilə bu dostluq əlaqələrinin yüksələn xətlə inkişafını görəcəyik. Hazırda fundament o qədər möhkəm qoyulub ki, bu qardaşlıq əlaqələri uzun illəri əhatə edəcək. Ərdoğanın yenidən prezident seçilməsi isə bölgə üçün yeniliklər vəd edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə