“Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün YAP Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfrans başlamadan öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edir.

Konfrans başlayan zaman Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə ulu öndərin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıb.

Tahir Budaqov qeyd edib ki, xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hudüdlarından kənarda keçirilən tədbirlərdən ulu öndərin nə qədər əhəmiyyətli rola malik olduğu bir daha sübut olunur. Heydər Əliyevin “Dünənin, bugünün və gələcəyin partiyası kimi səciyyələndirdiyi Yeni Azərbaycan Partiyası “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər reallaşdırmaqdadır”.

Xatırladaq ki, tədbirin davamı olaraq isə Həştərxan Dövlət Filarmoniyasının kollektivinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə