"Ümid edirəm ki, Naxçıvanda vəkillərin sayı artacaq" - Vəkillər Kollegiyasının sədri Anar Bağırov

"Ümid edirəm ki, Naxçıvanda vəkillərin sayı artacaq" - Vəkillər Kollegiyasının sədri Anar Bağırov

"Naxçıvanda vəkillərin sayı digər ərazilərlə müqayisədə çox azdır və bu bizi narahat edir". SİA xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, hazırda Naxçıvanda sənəd qəbulu davam edir: "Ümid edirəm ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə birgə apardığımız ardıcıl tədbirlər və təbliğat nəticəsində Naxçıvanda vəkillərin sayı artacaq. Eyni zamanda xanım vəkillərin sayı da çoxalar. Bununla Naxçıvanda yaşayan vətəndaşların hüquqi yardıma və ədalət məhkəmələrinə əl çatımlılığı təmin olunar".

Bütün xəbərlər Facebook səhifəmizdə