"İsrail Azərbaycanla öz texnologiyalarını paylaşmaqda hər hansı maneə görmür" -POLİTOLOQDANIŞDI

"İsrail Azərbaycanla öz texnologiyalarını paylaşmaqda hər hansı maneə görmür" -POLİTOLOQDANIŞDI

"Yüksək səviyyəli İsrail rəsmilərinin Azərbaycana səfəri hər zaman maraq doğurur. İsrail Prezidenti İsrailin idarə edilməsində birbaşa iştirak etməsə də, dövlət rəhbəri olaraq Azərbaycana səfəri çox əhəmiyyətlidir". Bu sözləri politoloq Fərhad Məmmədov SİA-ya verdiyi açıqlamasında bildirib.
O, bəyan edib ki, sahələrə qaldıqda, bizim İsraillə hərbi-texniki, kənd təsərrüfatı, səhiyyə sahəsində əməkdaşlıqlarımız həyata keçirilib: "Bütün bu əməkdaşlığın Azərbaycan üçün əsas prinsipi texnoloji yeniliklərə yiyələnməkdir. Dünyada ciddi texnoloji inkişafa nail olan dövlətlərdən biri də İsraildir. Bu texnologiyaların həm hərbi, həm sənayedə tətbiqi bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan artıq dördüncü sənaye inqilabına qədəm qoyur. Bu konteksdə yeni texnologiyalara yiyələnmək olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, müasir texnologiyalara nail olan dövlətlər onları çox nadir hallarda digər dövlətlərlə paylaşırlar. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdığına görə, İsrail öz tərəfdaşına bu texnologiyaları verməkdə hər hansı maneə görmür".

Bütün xəbərlər Facebook səhifəmizdə