"Ulu Öndər Azərbaycanda siyasi multikulturalizmin əsasını qoymuş şəxsdir” - ELŞAD MİRBƏŞİROĞLU
“Azərbaycan müxtəlif sivilizasiyaların əsrlər boyu qarşılaşdığı bir millətdir. Burada müxtəlif dövlətlərin nümayəndələri əmin-amanlıq və sülh şəraitində yaşayır”. SİA xəbər verir ki, bu sözləri “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransda Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin multikulturalizm haqqında fikri bütün dövrlərdə aparıcı rol oynayır: “O, tolerantlığı çox geniş bir məhfum adlandırırdı və söyləyirdi ki, “Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqlar bizim milli dəyərimizdir”. Bu cür baxışlara əsasən Heydər Əliyev multikulturalizmi inkişaf etdirib yarada bilmişdi.
Ümummilli lider yalnız Azərbaycan haqqında ideyaların yaradıcısı deyildi. O həmişə deyirdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”.
Heydər Əliyev bütün ömrü boyu Azərbaycan milli dəyərlərinin keşiyində durmuşdu. O, Azərbaycanda siyasi multikulturalizmin əsasını qoymuş şəxsdir”.
Deputat sözlərinə belə davam edib: “Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müxtəlif xalqların və azlıqların hamısının dəyərləri gücləndirilmişdir. Bu siyasət hər zaman pozitiv olaraq beynəlxalq səviyyədə dəsdəklənib. Əsas siyasət Azərbaycanın mədəni ənənələrinə əsaslanıb. Bu siyasət Ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilib və Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB