“Rusiyada Heydər Əliyevin irsi yüksək qiymətləndirilir” - MDB PA Şurasının katibi

“Rusiyada Heydər Əliyevin irsi yüksək qiymətləndirilir” - MDB PA Şurasının katibi

“Ulu öndər Heydər Əliyev hər zaman dahi şəxsiyyətli bir insan kimi, hətta sovet vaxtlarında özünəməxsus profesionallıqla ölkəyə rəhbərlik edib”. SİA xəbər verir ki, bu barədə “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransa göndərilən MDB PA Şurasının katibi Valentina Matviyenkonun məktubunda qeyd edilib.

“Heydər Əliyev həyati təcrübəsinə, dövlət müdrikliyinə və vətəndaşların səmimi dəstəyinə arxalanaraq respublikanın rəhbərliyini öz üzərinə götürmüşdü. Ümummilli lider Rusiya ilə münasibətlərə üstünlük verir və rus dilini mükəmməl bilirdi. Rusiyada Heydər Əliyevin irsi yüksək qiymətləndirilir. Onun adı tariximizə böyük hərflərlə yazılıb və irsi daim qorunacaq. Sizə səmərəli fəaliyyət və gələcək işlərinizdə uğurlar arzu edirəm”-deyə məktubda qeyd edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə