Ərdoğanın yenidən prezident seçilməsi regionda nələri dəyişəcək? - TÜRK POLİTOLOQ AÇIQLADI

"Türkiyədə keçirilən prezident seçkilərində böyük uğura imza atan cənab Rəcəb Tayyib Ərdoğanı anlamaq üçün bu vətənin övladı olmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Ərdoğanı ilk təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu: "Azərbaycan başda olmaqla bütün türk dövlətlərində bayram şənlikləri keçirildi".

Hakan Aktürk sözlərinə belə davam edib: "Bu seçkilər həm də dünya ölkələrinin sıralarını müəyyən etdi. Almaniya, Amerika, Fransa, İran, Belçika kimi ölkələr Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsini istəmədiyini dilə gətirərkən, bütün türk dövlətləri prezidentimizi dəstəkləyərək qələbədən sonra təbrik etdilər. Bundan sonrakı müddətdə nə olacağını anlamaq artıq aydındır. Çünki Zəngəzur dəhlizinin tamamlanması səyi bütün türk dövlətlərini bir araya gətirir. Bu da Avropa və dütün dünya ölkələrinə qısa zamanda mesaj oldu.

Türkiyədə yeni inamla milləti ilə bütün olan Rəcəb Tayyib Ərdoğanın ən qüdrətli dövrlərini görəcəyik. Türkiyənin qarşısını almaq mümkün olmayacaq. Bütün İslam və türk coğrafiyasına xeyirli-uğurlu olmasını arzu edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə