Prezidentin ısmarıcından kimlər öz payını aldı? - PROFESSOR ŞƏRH ETDİ

"Dövlət başçısı İlham Əliyev bildirir ki, müəyyən zamana qədər dözüm göstərəcək amma sonra gözlədiyi odur ki, Qarabağ ərazisində Azərbaycanın konstitusion rejimi bərpa edilsin". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib.

O, qeyd edib ki, Prezident tələb edir ki, idarəetmə orqanları Azərbaycan Konstitusiyasına uyğun şəkildə formalaşıb fəaliyyət göstərsin: "Ölkə başçısının bu sözləri ciddiyə alınmalıdır. Necə ki o, daha əvvəl verdiyi bəyanatları həyata keçirmişdir (məsələn, Laçın koridorunda SBM-in qurulması kimi) bu da reallaşacaqdır.

Artıq Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkrar seçilməsindən sonra da Qarabağ məsələsində Azərbaycana olan dəstəyi tam davam edir və xarici qüvvələr bunu da nəzərə almalıdır".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə