Ermənilərin növbəti məkrli cəhdi...

MN: Erməni silahlıları Azərbaycan Ordusunun mövqeləri qarşısında fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər
Ermənilərin növbəti məkrli cəhdi...

Mayın 29-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə