Kiyev meri: "Rusiya Ukraynanın paytaxtına dronla hücum edib"

Kiyev meri: "Rusiya Ukraynanın paytaxtına dronla hücum edib"

Kiyev meri bildirib ki, Rusiya gecə saatlarında Ukraynanın paytaxtına yeni dron hücumları həyata keçirib və ən azı bir nəfər həlak olub. Mer Vitali Kliçko bildirib ki, pilotsuz təyyarənin qalıqlarının yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynadakı hədəflərə 54 kamikadze PUA atdığını və onlardan 52-nin vurulduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə