Azərbaycanla hər zaman bir və bərabər olmağa davam edəcəyik- Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi 28 May Müstəqillik Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

SİA-nın xəbərinə görə, təbrik Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabından paylaşılıb.

“Can Azərbaycanın 28 May Müstəqillik Günü mübarək olsun! “Bir millət, iki dövlət” anlayışıyla hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! ”, - deyə paylaşımda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə