Topçubaşovun Parisdəki məzarı ziyarət olundu - FOTO

Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviterdəki hesabında yazıb.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik. 28 May Müstəqillik Günümüz mübarək olsun!”, - səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə