"Dövlətimizin qlobal iqtisadiyyatda çəkisi günü-gündən artır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Dövlətimizin qlobal iqtisadiyyatda çəkisi günü-gündən artır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan əksər beynəlxalq birlik və təşkilatların üzvü olmasa belə yaxından əməkdaşlıq edir. Avrasiya İqtisadi Birliyi də bu birliklərdəndir. Dövlətimiz rəsmi olaraq Birliyin üzvü olmasa da bura daxil olan əksər ölkələrlə geniş iqtisadi əlaqələri var". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, elə ötən gün Avrasiya İqtisadi Birliyinin növbəti görüşündə cənab Prezident İlham Əliyevin qonaq qismində iştirakı da buna nümunədir: "Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bu mənada həmin təşkilata üzv dövlətlərlə ikitərəfli, üçtərəfli əlaqələrin genişləndirilməsi də lazımdır. Birliyin üzvü olan Qazaxıstan və bir neçə ölkə ilə geniş müqavilələr də bağlanılıb. Azərbaycanın iştirakı ilə yeni infrastrukturun qurulması tranzit yükdaşımaları xeyli dərəcədə artıracaqdır. Azərbaycanın bu formatda təmsil olunan ölkələrlə əlaqələrini genişləndirməsi gözlənilən haldır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın ikitərəfli formatda, Ermənistan istisna olmaqla həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Toplantı zamanı ölkə başçısının çıxışı isə Aİ tarixinə öz möhrünü vurdu. Xüsusilə, Zəngəzur dəhliziylə bağlı hissə bir daha Ermənistanın başqa ölkənin dəstəyinə olan ümidini puç etdi".

Deputat sözlərinə belə davam edib: "Ümumiyyətlə, dövlətimizin qlobal iqtisadiyyatda çəkisi günü-gündən artır. Bir çox beynəlxalq təşkilatlar və dövlətlər üçün Azərbaycan imzasının da mövqeyi dayanmadan güclənir. Çünki Azərbaycan müstəqil iqtisadi siyasət qura bilib, bununla əlaqədar olaraq milli maraqlarına uyğun ölkələrlə qarşılıqlı tərəfdaşlıqlara imza atır.

Bu gün Azərbaycanın hər hansı bir iqtisadi forumun və yaxud ittifaqın bir parçası olmağa ehtiyacı yoxdur. Çünki Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir. Bu bizə müstəqil xarici siyasət yürütməyə imkan verməkla yanaşı istənilən məsələdə öz qətiyyətimizi ortaya qoymağa imkan verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə