“Yaxın zamanda sülh müqaviləsinin bağlanılması gözlənilmir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Yaxın zamanda sülh müqaviləsinin bağlanılması gözlənilmir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları sülh müqaviləsi bağlanmadığı müddət ərzində davam edəcək. Müəyyən müddət nisbi sakitlik olduqda, Ermənistan yenidən təxribatçı əməllərinə əl atır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu prosesdə Rusiya da var: “Çünki Ermənistan ordusunda Rusiyanın agentura şəbəkəsi formalaşıb. Bu şəbəkə Brüssel formatı ilə Ermənistan-Azərbaycan danışıqları getdiyi zaman belə təxribatlar törədir.

Ümumiyyətlə bütün baş verən proseslər fonunda aparılan danışıqlar sülh müqaviləsinin imzalanması ilə nəticələnməlidir. Bu sülh müqaviləsi imzalandığı təqdirdə isə Ermənistanın təxribatçı əməllərinə son veriləcək. Lakin yaxın zamanda sülh müqaviləsinin bağlanılması gözlənilmir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə