“Seçkidə bəzi heyətlər həyati təhlükə hiss etdiyini dedilər. Amma biz elə bir şey müşahidə etməmişdik. Həmin o heyətlər dedilər ki, “Binalar təzə boyanmışdı və bizi aldatmaq isdədilər”. Bunun məsələyə nə dəxli var? Bura zatən zəlzələ bölgəsidir. Orada dağılan və çatlayan yerlər olması da normaldır. Hara gəldiyinizi bilmirsiniz?!”. SİA xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda olan konfransda ATƏT DTİHB-in seçki müşahidə missiyasında iştirak edən Azər Həsrət deyib.
Onun sözlərinə görə, daha sonra Osmaniyədən gələnlərə söz verildi: “Fransadan olan adam açıq şəkildə dedi ki, səhər tezdəndən bizi güdür və ölümlə hədələyirlər. Mən təcrübəli adamam və buna çox təəccübləndim. Bu adam düz bir saat Osmaniyədə təhdid altınsda olduğu haqqında məruzə oxudu. Onlar dedilər ki, təhlükədə olduqları barədə mərkəzə məlumat verdilər.
İşin başqa tərəfi də var. ATƏT-in qaydalarına görə həyati təhlükə yaranarsa, missiya həmən an dayandırılmalıdır. Amma sual yaranır ki, “Bu adamlar səhər tezdəndən ölümlə təhdid olunublar və seçkinim üzvü olmağa davam edirlər?!”.
Mən orada heç bir təhdid görmədim. Axı biz forum göndərəndə də heç bir şikayətimiz olmadı. Başa düşdüm ki, Fransadan gələn heyəti seçkilərə ləkə yaxmaq üçün təlimatlandırıblar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB