“Bölgədə gərginlik yaranması üçün Ermənistan əlindən gələni edir“ - POLİTOLOQ FİKİR BİLDİRDİ
“Baş tutacaq üçtərəfli Moskva görüşündən gözləntilər olduqca çoxdur. Bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh məsələsi ilə bağlı həqiqi addımlar atılmasını istəyirik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı heç bir addım atmır: “Bölgədə gərginlik yaranması üçün Ermənistan tərəfi əlindən gələni edir. Bu baxımdan hesab edirəm ki, Moskvada keçiriləcək görüşdən gözləntilərimizin çox olması təbii və labüddür. Qərbdə, Brüsseldə keçirilən görüşlər ən azından sülh addımları, həmçinin iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün müəyyən rol oynadı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB