“Beynəlxalq təhlükəsizlik sistemi hazırda şok içindədir” - NAZİR MÜAVİNİ
“Beynəlxalq təhlükəsizlik sistemi hazırda şok içindədir”. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Afrika gününə” həsr olunan konfransda bildirib.
“Regionlarda müharibə baş verəndə öz ərazisindən çıxır. Bu müharibələr qlobal problemlərə gətirib çıxarır. Bu gün regional müharibələr ərzaq qıtlığına, siyasi toqquşmalara, iqtisadi çətinliyə səbəb olur. Belə olan zaman ən çox əziyyət çəkən kiçik ölkələr, əsas da Afrika ölkələri olur. Bu gün Afrika ölkələrinin digər əziyyət çəkdiyi sahə müstəmləkəçilikdir. Üzr istəyirəm, amma mən düşünürəm ki, Afrika ölkələrində hələ də
müstəmləkəlikdən azadolma başa çatmayıb. Afrika ölkələrinin bəziləri bu gün müstəqil olsa da, hələ də müstəmləkəçilik öz sözünü deyir. Burada Afrika ölkələri də addımlar atmalıdır. Müstəqillik haqqında bəyanatlar vacibdir, ölkələr belə addımlar atmalıdır”,- deyə o bildirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB