Qərb Brüssel görüşünü Vaşinqtonda təşkil olunan dördgünlük görüşlərin davamı olaraq qiymətləndirməyə çalışır. Hətta ABŞ administrasiyası Brüssel görüşünü özünün diplomatik qüdrət göstəricisi belə hesab etdiyini də bəyan edə bilər və qeyd edək ki, bu, gözləniləndir. Çünki Vaşinqtonda başlanan prosesin Brüsseldə gücləndirilməsi ABŞ-ın maraqları daxilindədir və Ağ Ev bu görüşü də özünün diplomatik uğurları siyahısına salmaq niyyətində görünür.
Doğrudur, istər XİN rəhbərlərinin Vaşinqton görüşünü, istər Brüssel görüşünü, istərsə də Kişinyovda keçiriləcəyi gözlənilən görüşləri Qərbin müsbət təşəbbüsü, yaxud təşəbbüslərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar. Çünki bununla hazırki dövrə qədər Cənubi Qafqazı özünün istənilən zaman istifadə edə biləcəyi “bağ” hesab edən və hadisələrin gedişində heç də “tələsməyən” Rusiyaya siyasət meydanında tək olmadığı mesajı verilir və daha çevik reaksiya verməsinə sövq edilir. Son zamanlar baş verən proseslər, ələlxüsus, bir-birinin ardınca keçirilən görüşlərlə Rusiyaya bildirilir ki, bu məsələnin müzakirəsində maraqlı olan ABŞ, Avropa İttifaqı, o cümlədən Türkiyə kimi söz sahibi olan dövlətlər var, hansı ki, onlarla da hesablaşmaq gərəkir və məsələ uzadılmalı yox, ciddi addımlar atılmalıdır, əks halda, ruslar proseslərdən kənarda qala bilərlər. Eyni zamanda, nəzərə alsaq ki, bizim Avropa ilə sıx ticarət tərəfdaşlığımız, həmçinin ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrimiz var, deməli, həm Vaşinqtonun, həm Brüsselin bölgədə sülhün, əməkdaşlığın tərəfdarı olması tam məntiqidir və qardaş ölkə olan Türkiyənin də bu məsələdə mövqeyi bəllidir. Yəni, mesaj ondan ibartədir ki, belə bir məqamda Rusiyanın əvvəlki kimi müşahidəçi mövqeyi onun özünə sərf etməz, çünki istər Vaşinqtonun, istərsə də Brüsselin aktiv şəkildə sülh məsələlərinə töhfə verməsi Moskvanın rolunu, bölgədə mövqeyini heçə endirir, hansı ki, bu mesaj danışıqların intensivləşdirilməsinə, məsələnin həllində onların daha aktiv fəaliyyətə başlamasına müsbət təsir etməyə bilməz. Məhz bu baxımdan da keçirilən görüşlər Qərbin müsbət təşəbbüsü, eləcə də müsbət nəticə kimi qiymətləndirilir.
Brüssel görüşünü Rusiya ilə rəqabətdə üstün gediş olaraq təqdim etməyə və Vaşinqtonda təşkil olunan dördgünlük görüşlərin davamı olaraq qiymətləndirməyə çalışan Qərb, hər zaman ermənipərəstliyi ilə seçilən və bu səbəbdən də danışıqlarda kənarda qalan Fransa ilə özünü bir müstəvidə görmək istəmir. Buna görə də Brüssel görüşünü öz diplomatiyasının davamı kimi göstərmək niyyərindədir və burada rəsmi Parisi görmək belə qəbuldilməz sayılır. Vaşinqtondan sonra, Moskva və Kişinyovdan öncə Brüssel görüşünün keçirilməsi, təkcə Rusiya deyil, həmçinin, Fransanın da önə çıxmaq cəhdlərinə qarşı təcili gedişdir. Bu, əslində, Azərbaycan üçün olduqca əhəmiyyətli olduğu halda, Paşinyanın bu görüşdən son ana qədər yayınmaq istəyi də təəccüb doğurmur, çünki ermənilərin bacıları olan fransızların danışıqlardan kənarlaşdırılması fonunda Qərbin öz daxilində toqquşması ermənilərin heç ürəyincə deyil. Fransa da vəziyyətin nə yerdə olduğunun fərqindədir və bu formatı mənimsəməyə çalışan rəsmi Paris nəticə əldə edə bilmədiyi üçün özünün təşəbbüskarı ola biləcəyi yeni bir format yaratmaq arzusundadır və Kişinyovda görüş planlaşdırılması bu mənada təsadüfi sayılmır, elə hesab edilir ki, bundan qaynaqlanılır.
Sözsüz ki, tərəflərin də, yəni həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin bu görüşlərlə bağlı öz maraqları var. Rəsmi Bakı sülh müqaviləsinin ən tez zamanda reallaşmasında, sərhədlərimizin, ərazi bütövlüyümüzün İrəvan tərəfindən tanınmasında, bölgədə təhlükəsizliyin, sülhün daha da üstün şəkildə təmin olunmasında, möhkəmlənməsində maraqlı olduğu halda, Ermənistan tərəfi sərhəd xəttindəki təxribatlarla görüşlərdən yayınmağa çalışır, məsələni uzatmaq niyyəti güdür və axmaqcasına nəyə isə ümid edir. Məsələn, Türkiyədə seçkilərin nəticələrini gözləyən, hətta seçkilərdən sonra vəziyyətin dəyişəcəyini arzulayan ermənilər ümid edilər ki, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq bağları qırılacaq və bundan sonra ağıllarına gələni edə biləcəklər. Düzdür, özlərini aldadırlar və xəyalları onları daha böyük uçuruma aparır və görünür, bunu başa düşməkdə çətinlik çəkirlər. Başa düşməkdə çətinlik çəkirlər ki, əvvəla bu qardaşlıq bağları qırılan deyil, buna ümid etmək axmaqlıqdır. Digər tərəfdən də, Azərbaycan 44 günlük savaş zamanı Türkiyənin mənəvi dəstəyini alsa da, işğalçıları torpaqlarından öz gücü ilə qovdu və bu əzm, bu siyasi iradə indi əvvəlkindən daha artıqdır və xam xəyalları çox mənasız və gülüncdür. Daha dəqiq desək, belə xam xəyallara düşən İrəvan diplomatiyadan yan keçməklə, görüşlərdən yayınmaqla, məsələni uzatmaqla öz aqibətini çətinləşdirir. İstər Paşinyan, istərsə də onun himayədarları Azərbaycan ordusunun gücündən xəbərdardır və bu dəfə edə biləcəkləri səhvlərin müqabilində başlarına gələcək müsibətin miqyasını təsəvvür etsələr özlərini günü-gündən çətinə salmazlar. “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”, deyə cənab Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bəyan etməsi əslində bir sərt mesaj idi, sözsüz ki, bunu başa düşənlər, dərk edənlər, hələ də özlərini aldatdıqlarının fərqində olanlar üçün.
Onu da bilirik ki, sülh, əslində. Ermənistanın xeyrinə olsa da. Paşinyan özü təkbaşına qərar verməyə qorxur və bu da səbəbsiz deyil. Ordusunda “5-ci kolon”un olduğunu deyən erməni baş nazir bununla ölkəsində Rusiyanın təsir imkanlarına işarət edir. Yəni, başda elə baş nazir Nikol olmaqla, hər bir erməni Rusiyanın təsirlərindən, təzyiqlərində bərk qorxur və ehtiyat edir. İstər Ermənistan hakimiyyəti olsun, istərsə də bu ölkənin müxalifəti, hər biri ayrı-ayrılıqda başa düşür ki, rusların müdaxiləsi həmin ölkə üçün böyük fəlakətlər vəd edir. Onsuz da Paşinyanın hakimiyyət komandasının Qərb istiqamətində meyil etməsinə görə Ermənistan Rusiya tərəfindən cəzalandırılır. Əvvəla, Vaşinqton görüşünə görə Rusiyanın Ermənistana təzyiqləri artıq göz önündədir. Rusiyanın 1-4 may aralığında Ermənistana qaz axınını dayandırması, "Metsamor" AES-i 75 günlük təmirə bağlaması, Ermənistandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarının Gürcüstanda Yuxarı Lars yolundakı nəzarət-buraxılış məntəqəsində bir neçə gün saxlanılması ermənilərə verilən yüngülvari bir “qulaqburması” idi. Kremlin daha nələrlə erməniləri dalana dirəyə biləcəyini yaxşı başa düşən Nikol Paşinyanın Moskvanın ultimativ tələbi ilə dərhal Rusiyaya yollanması səbəbsiz deyildi və Vovayeviç özü əvvəlcədən bilirdi ki, ABŞ-da danışılanlar barədə orada məruzə etməli, hesabat verməli olacaq və bu belə də oldu. Digər tərəfdən də, axı rusların Ermənistanda hələ istifadə edilməyən siyasi rıçaqları daha çoxdur və müstəqilliyindən, suverenliyindən söhbət belə gedə bilməyən bir ölkənin nəinki baş nazirinin, hətta adi vətəndaşının belə hər birinin qorxmaqda haqqı var. Belə bir qorxunu yaşayan erməni baş nazir Moskvada cavab, hesabat verəcəyini başa düşdüyü üçün Vaşinqton danışıqları fonunda sərhəd xəttində gərginlik də yaratmaqla, Vaşinqton danışıqlarını erməni simasızlığı ilə şübhə altına saldı ki, rusların qarşısında özünü “təmizə çıxara” bilsin. Bir sözlə, Ermənistanın baş naziri quyruğunun qapı arasında qaldığını yaxşı bilir və görüşlərə də bütün bunları nəzərə alaraq gedir deyə, müstəqil şəkildə qərar verə bilmir. Bu baxımdan, Brüssel görüşü fonunda ciddi bir nəticə olacağını gözləmək hələ tezdir, amma bununla belə, bu görüş tərəflər arasında dialoqların, fikir mübadilələrinin davamlılığı baxımından olduqca əhəmiyyətlidir. Görüşdən sensasion nəticələr gözləmək olmasa da, Brüsseldəki danışıqların məntiqi davamı olaraq İrəvanın bir sıra addımlara təhrik ediləcəyi gözləniləndir. Onsuz da Azərbaycan tərəfindən fasiləsiz şoklara məruz qalan və Cənubi Qafqazdakı yeni reallıqların idarə edilməsində heç bir paya malik olmayan Ermənistan tərəfi başa düşməlidir ki, sülh prosesinin danışıqlar yolu ilə düzgün, ədalətli həllinə maneə yaradacağı təqdirdə, həmin ölkə gələcək şoklara da hazır olmalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB