Türkiyədəki prezident seçkiləri hansı durumdadır? - TÜRK POLİTOLOQ AÇIQLADI

Türkiyədəki prezident seçkiləri hansı durumdadır? - TÜRK POLİTOLOQ AÇIQLADI

“Bütün dünya dövlətlərinin yaxından təqib etdiyi 2023 Türkiyə Prezident Seçkiləri böyük əhəmiyyət kəsb edir. Dünya lideri Rəcəb Tayyib Ərdoğan, milləti ilə bağını daha da gücləndirərək tarixə düşəcək”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, bu seçkilər türk millətinin Ermənistan, Yunanıstan, Fransa, İran, Amerika, bir sözlə, səlib ordularına verəcəyi mesajdır: “Bu ölkəmizin var oluş mübarizəsi verdiyi qurtuluş savaşından sonra ən böyük seçimidir. Prezidentimizə qarşı olan qüvvələr təkcə müxalifət partiyaları deyil. Onların hamısı imperialist və separatçı güclərdir.

Son olaraq qeyd edim ki, inkişaf edən Türkiyəni geri salmayacaq və yeni bir dastan yazaraq seçimlərin tamamlanacağını ümid edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə