“İlham Əliyev Ermənistanın əsassız iddialarını hər zaman iflasa uğradıb” - DEPUTAT DANIŞDI
“May ayının 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistan baş naziri arasında keçiriləcək görüş əhəmiyyətlidir. Bu platformada Azərbaycan Prezidenti ölkəmizin haqlı mövqeyini və Ermənistanın konstruktiv davranışları haqqında fikirlərini səsləndirəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, ötən zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində praktik addımlar atmağa hazır olduğumuzu hər zaman göstərmişik: “Amma Ermənistan baş naziri və digər rəsmiləri öz fikirlərindəki sərt transformasiyalarla diqqəti cəlb ediblər. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salacaq fikirlər səsləndirirlər.
Azərbaycan ərazisində yaşayan ermənilərin statusundan danışırlar. Bir sözlə bütün davranışları və səsləndirdikləri fikirlərlə sülh prosesinə ciddi mane olurlar. Ermənistan atdığı addımlarla məsələyə kənar qüvvələrin daxil olmasına çalışırlar. Rusiyada keçiriləcək görüşdə də Ermənistan yenə özünü zərəçəkən qüvvə kimi göstərməyə çalışacaq. Amma Azərbaycan Prezidenti bütün platformalarda Ermənistanın əsassız iddialarını hər zaman iflasa uğradıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB