"Azərbaycanın peyklərinin sayı artırılacaq" - SAMƏDDİN ƏSƏDOV

"Azərbaycanın peyklərinin sayı artırılacaq" - SAMƏDDİN ƏSƏDOV

"Azərbaycanın peyklərinin sayı artırılacaq". SİA xəbər verir ki, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kosmik fəaliyyət Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı kommersiya məqsədləri daşıyır. Azərbaycanın, Gürcüstanın bütün televiziya kanalları Azərbaycan peykləri vasitəsilə ilə yayımlanır.

Bu gün peyklərlə bağlı Azərbaycanın xaricdən heç bir asılılığı yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə