“Dünyanın və Azərbaycanın Ermənistanın nazı ilə oynamaq limiti tükənib” - MÜNASİBƏT BİLDİRİLDİ
“Ermənistan tarix boyu təxribatçı, terrorçu və işğalçı dövlət kimi tanınıb, qəbul olunub. Belə deyək ki, bu toplumun mayası, məhz belə neqativlərlə yoğrulub, xislətləri budur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Son 100 ilə nəzər salanda görürük ki, Cənubi Qafqazda sabitliyə, rahat yaşama ermənilər birmənalı olaraq səbəb olublar.
Köçmə, laməkan bir toplum bütün qonşularına torpaq iddiası irəli sürürsə, deməli, onların genetik kodları zaydır. 30 illik işğal dövründə bütün dünya gördü ki, Ermənistan elə bir naqis əməl, təxribat qalmadı ki, ona əl atmasın.
Nəhayət, 2020-ci ilin payızında başlarına dəmir yumruq dəyəndən, Azərbaycan Qarabağı işğaldan azad edəndən sonra – postmüharibə dövründə müəyyən ümidlər vardı ki, ağılları başlarına qismən gələr, reallıqları dərk edər, bölgədə bir dövlət kimi məhv olmamaq üçün işğalçılıq iddialarından əl çəkərlər, sülh sazişi imzalayarlar. Lakin ötən iki il yarımda bir daha sübut etdilər ki, tarixi təxribatçılıq missiyalarına sadiqdirlər.
Hesab edirəm ki, Ermənistan müstəqil dövlət olmadığına, daim kənardan idarə edilən xaotik toplum olduqlarına görə hələ zaman-zaman onların təxribatları davam edəcək. Lakin hesab etmirəm ki, bu cür təfəkkür və davranışlarla çox davam edə bilsinlər. Çünki bölgədə və dünyada tam yeni şərtlər meydana gəlib, bu reallıqlar çərçivəsində onlar təxribatlara son qoymadan heç cür yaşaya bilməyəcəklər. Onların iki yolu var – ya tam təxribat missiyalarını davam etdirərək, təcrid olunmuş, bədbəxt xalq kimi yaşayacaqlar, ya da reallıqları dərk edib normal yaşama keçid alacaqlar. Bütün hallarda itirən yalnız Ermənistan olacaq. Çünki dünyanın və Azərbaycanın Ermənistanın nazı ilə oynamaq limiti tükənib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB