Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 2-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputat mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ankarada keçiriləcək tədbirlərə qatılacaq.
Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək.
Yubiley tədbirləri çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək, film nümayış olunacaq.
Səfər mayın 4-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB