BMT-nin rezident-əlaqələndirici ofisi Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir. SİA xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva "Tvitter" hesabında yazıb.
"Tərtərdə üç nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı barədə xəbər məni dərindən kədərləndirdi. Fikirlərim həmin şəxslərin ailələri və dostları ilədir. BMT-nin rezident-əlaqələndirici ofisi gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir”, - paylaşımda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB