Prezident İrəvanda qələbələrini Azərbaycana həsr etmiş Türkiyə atletlərini təltif edib- SƏRƏNCAM
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər.
SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB