"Ekofəalların aksiyalarına ehtiyac qalmayacaq" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Ekofəalların aksiyalarına ehtiyac qalmayacaq" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Bu gün Laçın-Xankəndi yolunda ekofəallar tərəfindən keçirilən aksiyanın 137-ci günüdür. Bu aksiyalarda Azərbaycanın yeraltı sərvətlərinin, silah-sursatın qanunsuz şəkildə daşınmasının qarşısı alındı. Eyni zamanda aprelin 23-də Laçın rayonu ərazisində sərhəd buraxılış məntəqəmiz quruldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, sərhəd buraxılış məntəqəsinin işi tam qaydasına düşdükdən sonra artıq ekofəalların aksiyalarına ehtiyac qalmayacaq: "Çünki demək olar ki, artıq bütün qara yollar bağlandı və bizim nəzarətimizə keçdi".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə