“Bosniya və Herseqovina üçün Azərbaycan çox vacibdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan-Avropa münasibətləri mürəkkəb və çox spektrli olduğu üçün peşəkar və səbatlı yanaşma tələb edir. Avropanın isə istər Birinci Dünya müharibəsində, istər İkinci Dünya müharibəsində, o cümlədən sosializm sistemi dağılan ərəfələrdə Avropanın "axilles dabanı" Balkanlar hesab edilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: “Bilirsiniz ki, cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, Azərbaycan Avropanın "axilles dabanı"na ciddi təsir imkanlarına malikdir, daha dəqiq desək, Azərbaycan bu gün bütövlükdə Balkanların milli təhlükəsizliyində söz sahibidir. Bir sözlə, Azərbaycanın Balkanlarda arzulanan beynəlxalq subyekt olması mübahisə doğurmur.
Bosniya və Herseqovinaya gəlincə, onlar da Azərbaycanla təqribən analoji bir yol keçiblər, eyni, oxşar tarixi prosesləri adlayıblar. Bu gün Bosniya və Herseqovina özünün inkişaf yoluna üz tutub, Şərq və Qərbdən müəyyən gözləntiləri var. Bu situasiyada Avropa rəsmi Sarayevaya nə vəd edə bilir? Qərbin məsələn, Fransanın Bosniya və Herseqovinaya yad ideologiyadan başqa təklif edəcəyi bir şey təklif yoxdur. Sarayeva isə yaxşı anlayır ki, "İnsan hüquqları" və "demokratiya"da ehtiva olunan bu ideologiyalar isə, sadəcə, Qərbin təsir alət və vasitələridir. Azərbaycan isə bu gün tərəfdaşlarına bərabər hüquqlu münasibət, çox geniş fayda və təhlükəsizlik təmin etməyi vəd edir və bu vədinin arxasında da durur. Ortada real nəticələr var, qurulmuş böyük infrastruktur var və bu mənada təbii ki, Azərbaycan-Bosniya və Herseqovina əlaqələri yalnız beynəlxalq strukturlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı tərəfdaşlıq, dəstək ehtiva etmək yox, həm də ciddi iqtisadi əsasları olan elə bir münasibətdir ki, hər iki dövlət bundan fayda görəcək. Sarayevoda yaxşı anlayır ki, bütövlükdə bu ölkənin özünün müstəqilliyinin, suverenliyinin güclənməsi üçün Azərbaycanla münasibətləri həm faydalı, həm də zəruridir. Xüsusən enerji təhlükəsizliyi, enerji müstəqilliyinin etibarlı formada təmini kontekstində Bosniya və Herseqovina üçün Azərbaycan çox vacibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB