"Sərhəddə baş verən təxribatların hər biri əvvəlcədən plaşlaşdırılıb" - POLİTOLOQ DANIŞDI
“Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribatların hər biri əvvəlcədən plaşlaşdırılıb. Ermənistan hər zaman hər hansı hadisənin müsbət mərhələsinə çatdıqda təxribatlara əl atır. 2020-ci ilə qədər son 28 il ərzində biz dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Bu gün də həmin təxribatlar davam edir. Azərbaycan-Ermənistan sülh sazişini imzalamaq üçün Azərbaycan tərəfi təkliflərini irəli sürüb. Ermənistan isə təklifləri qəbul edib, müəyyən məsələlərdə razılıqlar da var. Lakin sülh sazişinin bağlanmasında maraqlı olmayan qüvvələr mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, bu qüvvələr bizim şimal-cənub qonşumuzdur, Avropada isə Fransanın maraqları təmin olunmalıdır: “Bu maraqların sahibləri biri-birini sevməyən qüvvələr olsalar da, Azərbaycan-Ermənistan məsələsinin həll olunmasında maraqlı deyillər. Bu mənada isə onların maraqları kəsişir, üst-üstə düşür.
Ermənistan həm Rusiya, həm də NATO ilə birgə təlimlər keçirir və bir dövlətin yalnız bir hərbi qulluqda ola biləcəyini anlamır. Buna görə də bu tip təxribatların davametmə ehtimalı yüksəkdir. Sərhədlər arasında delimitasiya olmayana və sülh müqaviləsi imzalanmayana qədər sərhəddə təxribatların törədilməsi gözlənilən olacaq“.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB