“Beynəlxalq konvensiyalara görə əsir düşənlərə işgəncə vermək qadağandır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ermənilər cinayətkar və dağıdıcı vəhşi toplumdurlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, onlar Azərbaycana qarşı düşmənçiliklərini nümayiş etdirmək üçün fürsət axtarırlar: “Əllərinə fürsət düşən kimi də öz vandallıqlarını göstərir insanlığa xas olmayan hərəkətlərinə davam edirlər. O cümlədən, əsir götürülmüş iki əsgərimizə qarşı işlədilən ağır işgəncələr və işgəncə səhnələrini sosial şəbəkələrdə nümayiş etdirmələri bu millətin xislətidir”.
Deputat sözlərinə belə davam edib: “Çox təəssüf ki, gecə gündüz separatçıları daşıyan və ermənilərə dəstək verən Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal əsgərlərimizin vəziyyəti ilə maraqlanmalı olduqları halda məsələyə hələ də reaksiya verməyib. Amma beynəlxalq konvensiyalara görə əsir düşənlərə işgəncə vermək qadağandır. Ermənistan beynəlxalq konvensiyaların tələblərini heç vaxt ciddi qəbul etməyib. Məhz uzun illər törətdikləri cinayətlərə görə cəzasız qalması Ermənistanı yeni cinayətlərin işlətməsinə ruhlandırır.
Hesab edirəm ki, bu məsələni beynəlxalq təşkilatların gündəliyinə salmalı və dünya ictimaiyyətinin diqqətini bu məəsləyə cəlb etməliyik. Azərbaycana Laçın -Xankəndi yolunun bağlanması ilə bağlı saxta ittihamlar irəli sürənlər bu məsləni görmürlər? Təbii ki, görürlər. Amma belə səssiz qalması ikili standartların nəticəsidir. Son təxribatlar və vandallıq hərəkətləri Ermənistanın sülh müqaviləsinin bağlanmasından uzaq olduğunu göstərir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB