“Ekofəalların aksiyası bir sıra məsələləri müsbət mənada həll etdi” - MÜNASİBƏT BİLDİRİLDİ
“Məlum olduğu üzrə, Xankəndi-Laçın yolunda QHT-lərin və ekofəalların aksiyası dekabr ayının 12-dən bu günə qədər davam edir. Aksiya başlayan zaman əsas tələb rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz olaraq istismar edilən təbii sərvətlərin yağmalanmasının qarşısının alınması və istismar olunan mədənlərdə Azərbaycanın müvafiq dövlət qurumlarının monitorinq keçirməsinə şərait yaradılmasıdır. Təəssüflər olsun ki, keçən müddətdə bununla bağlı heç bir addım atılmayıb. Bu baxımdan aksiya da müddətsiz olaraq davam edir”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, aksiya bu mənada hələ ki, öz məqsədlərinə nail olmasa da, digər bir sıra məqsədlər və önəmli məsələlər var ki, məhz bu aksiyanın nəticəsində həmin məsələlərə nail olunub: “Bunlardan biri odur ki, ermənilər indiyə qədər Qarabağa, Qarabağdan da Ermənistana heç bir məhdudiyyət olmadan sərbəst şəkildə hərəkət edirdilər. Bunun qarşısı alınıb. Bundan sonra heç bir zaman orada nəzarətsiz sərbəst gediş-gəliş olmayacaq. Bu çox böyük ilkin uğurlardan biridir”.
Aqil Camal sözlərinə belə davam edib: “Eyni zamanda, ilkin dövrlərdə Ermənistan bu məsələ ətrafında ajiotaj yaratmağ çalışsa da artıq zamanla bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar hesablaşdılar ki, bura Azərbaycanın suveren əraziləridir və bütün bu məsələlər Azərbaycan tərəfindən tənzimlənir. Artıq bu yöndə təşəbbüs, tələb və bəyanatlar səngiməkdədir. Bu baxımdan hesab etmək olar ki, ekofəalların aksiyası bir sıra məsələlərin müsbət məcrada həllini tapmasına kömək olub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB