İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması iyrənc addım sayılmaqla yanaşı, həm də bir sıra çirkin niyyətli məqamlara diqqəti cəlb edir. Bayrağı yandıraraq, onu camaata göstərmək birinci növbədə, ölkəmizə münasibətdə demarşdır. Bunu hər kəs çox yaxşı başa düşür və bilir ki, bu hərəkətləri də cavabsız qalmayacaq. Amma məsələ burasındadır ki, belə bir hadisə Ermənistanı bütün dünyada rüsvay etdi və barbarlıqlarını, vəhşi olduqlarını, hələ də sivil dünyaya inteqrasiya edə bilmədiklərini, uyğunlaşmadıqlarını təsdiqlədi.
Hay düşüncəsizliyini, barbarlığını, vəhşiliyini ortaya qoyan hadisənin əvvəlcədən düşünülmüş və hətta “yuxarıdan” planlaşdırılmış olduğu dərhal bəlli olur. Əks halda, bunun qarşısının alınması üçün kifayət qədər vaxt olduğu nəzərə alınaraq, mühafizə tərəfindən dövlət rəmzinin təhqir olunması aktının qarşısı alınardı. Ancaq buna çalışılmadı belə və dövlət rəmzinin təhqir olunması aktının davam etməsinə, başa çatmasına şərait də yaradıldı. Sonra da hadisəni törədən Nikolyan polis bölməsinə aparıldı və qısa müddətdən sonra heç bir ittiham irəli sürülmədən və heç bir cəza tətbiq olunmadan sərbəst buraxıldı. Bütün bunların təsadüf olduğunu nəinki iddia etmək, yaxud buna inanmaq ən azından sadəlövhlük olardı.
Ermənilər üçün ən rüsvayçı məqamlardan biri də ondan ibarət idi ki, onlar bu aktı gözləri parıldayaraq izləyirdilər və sanki bir erməni əjdaha öldürmüşdü. Döyüş zamanı dabanlarına tüpürüb qaçanlar Azərbaycan bayrağını yandırmaqla qəhrəman olduqlarını sübut etdilər, yoxsa aciz olduqlarını? Əlbəttə ki, aciz olduqlarını. Azərbaycan Ordusunun hər bir əsgərini görəndə siçan deşiyi axtaranlar bayrağımızı yandırmaqla öyünürlərsə, bu onların rəzalətidir. Nə vaxtsa əsgərlərimizdən birinin tapılmış bir tay köhnə ayaqqabısını məzəmmət etdiklərini görsək də belə gərək bundan şoka düşməyək, təəccüblənməyək və buna erməni rəzaləti kimi baxaq. Çünki hər bir əsgərimizin qarşısında dura bilməyən onlarla erməni üçün onun tapılan köhnə ayaqqabısı bir qisas yeri sayıla bilər. Əlbəttə ki, bu müqayisəli nümunə bir qədər gülməli səslənə bilər, amma belə gülməli, rüsvayçı hal ermənilərə məxsusdur və görünən odur ki, rəzalət baxımından bu toplumun dünyada analoqu yoxdur.
Sözsüz ki, öz dövlət rəmzinə qarşı edilən uyğunsuz hərəkəti Azərbaycan tərəfi Ermənistana bağışlamayacaq və tarix sübut edir ki, bu vaxta qədər haylar etdikləri hər əməlin qarşısında artıqlaması ilə cəzalanıblar. Əgər baş naziri Paşinyan Şuşada sərxoş olub sayıqladığına, ortalıqda qol açıb atılıb-düşdüyünə görə kapitulyasiya sənədinə imza atdırıldısa, ölkənin keçmiş müdafiə naziri Tonoyan sərsəm fikirlər səsləndirdiyinə görə müdafiəsi diz çökdürüldüsə, deməli, belə axmaq bir erməni əməlinə görə mütləq cavab verməli olacaq. “Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar layiqincə cəzalandırılmalıdır!”, deyən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ermənilərin vandalizm aktına görə cəzalandırılacağını, özü də layiqində cəzalandırılacağını bununla bir növ proqnozlaşdırıb da. Hüquqi imkanlarını belə sürətlə itirən qarşı tərəflə rəsmi Bakının necə davranacağını izləmək daha maraqlı, daha möhtəşəm olacaq, nəinki bayrağın yandırılmasını rəzalətlə izləmək. Həmin o bayraq yandırılmasına görə dövlətimizin erməniləri rəzil, günahkar duruma salacağı xalqımızın ən yaxın zamanda, həm də ən sivil qaydada izləyəcəyi möhtəşəm bir hal olacaq.
Öz soydaşlarının alçaq hərəkətinə erməni cəmiyyətinin neçə faizinin dəstək verdiyini təsəvvür etmək üçün sosial şəbəkələrin erməni seqmentinə nəzər yetirmək kifayətdir. Nəzər yetirdikdə isə bəlli olur ki, bu faiz heç də az deyil. Deməli, xəstə düşüncə və rəzil durum həmin cəmiyyətin böyük əksəriyyətinə xasdır. Buradan da aydın olur ki, erməni cəmiyyəti Azərbaycana qarşı olan qısqanclıq və nifrət hisslərini boğa bilmir, ədavəti də artmaqdadır. Bütün dünyada idman yarışları siyasi proseslərin, ambisiyaların və manevrlərin mərkəzində olmadığı bir zamanda Ermənistan dövləti və cəmiyyəti bunun tam əksini ortaya qoydu. Belə məlum oldu ki, ermənilər vandallığı və barbarlığı hər şeydən üstün tuturlar və bunu da bütün dünya seyr etmiş oldu. Bir sözlə, ermənilər bütün dünyada özlərini rüsvay etdilər, çenki belə yarışlar dünya miqyasında izlənilir.
Dünya ictimaiyyəti indi daha dəqiq nəzər salmalı və fransızların timsalında bəziləri kimin kim olduğunu gec də olsa görməli, dərk etməlidirlər. Bilməli və fərqində olmalıdırlar ki, ərazimizin 20 faizi işğal altında olanda belə biz erməni bayraqlarını yandırmadıq. Üstəlik, onu də xatırlamalıdırlar ki, Azərbaycan dəfələrlə Bakıda keçirilən beynəlxalq yarışlarda həm Ermənistanın nümayəndə heyətinin üzvlərini, həm də digər ölkələrin heyətlərindəki etnik ermənilərdən ibarət idmançıları qəbul edib. Bununla ölkəmiz həm təsdiq edib ki, bizdə idman hər zaman siyasətdən uzaq olub və olmalıdır da. Digər tərəfdən də təsdiq olunub ki, biz ermənilər kimi deyilik və barbarlıq, vəhşilik onlara məxsusdur, bizə yox.
Bildiyimiz kimi, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında medalçılar arasında erməni əsilli ukraynalı idmançı Gevorq Manukyan da var idi. Yarışın mükafatçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılması mərasimi zamanı baş vermiş əlamətdar hadisə də hər kəs üçün unudulan deyil. Beləki, Manukyan mükafata elan ediləndə tamaşaçılar arasında xoşagəlməz gurultu yaransa da, ölkə rəhbərimizin bir işarəsi ilə boksçunu zal alqışlamağa başladı. Bununla da Azərbaycan Prezidenti idmanla siyasətin fərqli anlayışlar olduğunu hər kəsə nümayiş etdirdi və bildirdi ki, onları qarışdırmaq olmaz. Biz sivil dünyanın bir parçası olduğumuzu həmişə olduğu kimi, o zaman da sübut etdik. Bəs ermənilər nə edirlər? “Biz səni görmək istəmirik!”, deməklə özlərinin vəhşi olduqlarını isbatladılar. Özlərini alçaltdılar və alçaqlığa rəvac verəcək duruma layiq olduqlarını hər formada göstərdilər.
Azərbaycan əsgərini görəndə tir-tir əsənlər, ordumuz qarşısında yalnız fərari olmaq yolunu seçənlər indi nəyi sübut etmək istəyirdilər bayraq yandırmaqla? Bəlkə bununla “qoçaq” olduqlarını göstərmək niyyətində idilər? Ümumiyyətlə, əsgərimizə yaxın düşə bilməyib kölgəsini tapdalamaq istəyənləri alçaq davranışlara vadar edən nə idi axı? Hansı səviyyədə qorxaqlıq idi? Axı onlar bir zamanlar “Oqanyan səddi” ilə qürurlanırdılar və indi hanı o sədd? Barəsində ağız dolusu danışdıqları, hətta az qala əfsanələrə çevirdikləri dırnaqarası Aslanlar haradadır? “Biz döyüşçü xalqıq, azərbaycanlılar tacir xalqdır” deyən təkəbbürləri harada qaldı? Hanı bunların döyüşçüləri, aslanları, pəhləvanları? Sərhəddi, döyüş mövqelərini qoyub qaçıb qapalı məkanlarda bayraq yandırmaq üçün gözləyənlərə bu toplum aslan deyir? Zənnimizcə çaqqal adı ilə qarışıq salırlar, çünki namərdcəsinə fürsətdən istifadə etmək çaqqallara aiddir, mərd olan aslanlara yox.
Haqqında qeyd etdiyimiz hadisə təsdiq etdi ki, Ermənistan öz ərazisində beynəlxalq səviyyəli yarışları keçirmək iqtidarında deyil. Dünyada demokratiya, humanizm, bayraq və himnlərə ehtiram göstərmək kimi ümumbəşəri prinsiplərin olması barədə hələ erməni cəmiyyətinin xəbəri yox imiş. Bunun bütün dünya əyani şahidi oldu. Sözdə sülhdən dəm vuran, sülhə hazır olduğunu deyən Ermənistan siyasi hakimiyyəti öncə erməni cəmiyyətində mövcud olan kin, qısqanclıq, nifrət və düşmənçilik elementlərinin qarşısının alınması istiqamətində vacib addımlar atmalıdır ki, gələcəkdə reinteqrasiya zamanı ciddi problemlər yaşanmasın.
Əslində, Ermənistan tərəfinin hər dəfə hədsizık etməsinin ardınca cəzalandırıldığı bizə, ümumilikdə dünyaya bəllidir. Son dövrlərdə ermənilərin hər yanlışlıqları onlar üçün bir fəlakətlə əvəz olunub. Biz bunu aprel təxribatlarından sonra başlarına gələnlərdə, ardınca da, onların Tovuz təxribatlarından, nəhayət 2020-ci ilin sentyabr ayının sonlarında başladıqları terrorun ardınca da çox aydın şəkildə gördük. Gördük ki, Ermənistan tərəfi hər dəfə düşünülməmiş addım atmaqla öz vəziyyətini bir qədər də çətinləşdirir, özü-özünü bir fəlakətdən yenisinə, daha mürəkkəbinə sürükləyir. İndi də beynəlxalq səviyyəli idman yarışlarının açılış mərasimində ermənilərin bu hərəkəti deyilənləri təsdiq edir. Amma başa düşə bilmirlər ki, bu hərəkətləri onların əleyhinədir. Anlamırlar ki, yaxın zamanda etdikləri qeyri-etik hərəkətləri onları yandırıb yaxacaq, eyni zamanda burunları da ovulacaq. Bəli, yandırıb yaxacaq, çünki ermənilər bu dəfə odla oynadılar və belə bir oda yaxın düşmək onlara baha başa gələcək. Bir sözlə, Odlar Diyarının bayrağını yandırmaq elə odla oynamaq deməkdir və bu oyunun erməniləri daha rəzil duruma salacaq mat gedişi hələ qabaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB