“Akademik Zərifə Əliyeva əsl Azərbaycan xanımı idi” - DEPUTAT DANIŞDI
“Bu il Azərbaycan xalqının ləyaqətli qadın nümayəndəsi, 20-ci əsr Azərbaycan ictimai, tibb həyatına öz möhürünü vuran Zərifə xanım Əliyevanın 100 illik yubileyidir. Zərifə xanım Əliyeva doğulduğu Əziz Əliyevin ailəsinə, daha sonra ömür-gün yoldaşı olduğu Ulu Öndər Heydər Əliyevə və Azərbaycana bəxş etmiş olduğu böyük oğul cənab Prezident İlham Əliyevə hər bir zaman layiq, adını böyük hərflərlə yazdırmağı bacaran bir Azərbaycan xanımı olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, həqiqətən Zərifə Əliyevanın talehinə çox xoşbəxt bir ana və ömür-gün yoldaşı olmaq qisməti düşüb: “Zərifə xanım Əliyevanın hər xanıma nəsib olmayan bir alın yazısı var. Bizim sadaladıqlarımız təbii ki, görünən tərəfdir. Amma bütün bu missiyaları daşımaq və hər bir zaman özü deyil, xalqı üçün yaşayan insanların əhatəsində olmağın nə qədər çətin olduğunu hər birimiz çox yaxşı dərk edirik.
Akademik Zərifə Əliyeva əsl Azərbaycan xanımı idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB