“Zərifə Əliyeva bir həkim kimi insanlara sevgi bəxş etmişdir”

“Zərifə Əliyeva bir həkim kimi insanlara sevgi bəxş etmişdir”

“Azərbaycan qadınlarının bütün gözəl dəyərlərini özündə birləşdirmiş, Zərifə xanım Əliyeva bir həkim kimi də insanlara sevgi bəxş etmişdir. Zərifə Əliyeva Azərbaycanda oftolmologiya sahəsində ilk akademik qadın olub”. SİA xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransında Azərbaycan Respublikasının Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, məhz Zərifə Əliyevanın təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patalogiyası labaratoriyaları yaradılıb: “Ulu Öndər Heydər Əliyev hər zaman Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirərək, Zərifə xanımın tibbi, elmi sahədə xidmətlərindən birinin də göz müalicəsi tədqiqatı olduğunu bildirib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə