Azərbaycan xalqı son hadisələr barədə - SORĞU

Azərbaycan xalqı son hadisələr barədə - SORĞU

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Mənfur düşmənin təxribatı nəticəsində Azərbaycan orudusu 3 şəhid verib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Mövzu ilə əlaqədar olaraq SİA-ya şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Sevindik İsmayılov: "Ermənilərə qarşı bütün hamımızın nifrəto və kini var. Biz onları heç vaxt bağışlamayacayığ. Onlar daima bizə qarşı çox səhv hərəkətlər ediblər. Təbii ki, azərbaycanlı olan hər bir vətəndaş onların bizə qarşı etdiyi mundarlıqları nə unudar, nə də unutdurmağa icazə verər. Allah dövlət başçımızın canını sağ eləsin. Ali Baş Komandan hər zaman öz qərarları ilə düşmənin qarşısını almağa nail olur".

Şəhər sakini Hüseyn Babayev: "Mən bu barədə bir kəlmə deyə bilərəm ki, onlardan adam olmayıb, olmayacaqlarda. Ermənilər kimi mundar ikinci bir millət yoxdur. Biz hər zaman onlara qarşı mübarizə aparmışıq. Bu mübarizədəndə heç vaxt çəkinməyəcəyik".

Şəhər sakini Qulu Əliyev: "Düşmənə qarşı hər zaman təmkinli davranmaq lazımdır. Çünki düşmən hər zaman insanın boş anında zərbə endirməyə hazır olur. Azərbaycan dövlətidə hər zaman Ermənistana qarşı təmkinli və səbrli davranıb. Azərbaycan orudusu daima dövlət başçısı İlham Əliyevin əmrinə sadiq qalaraq, şəhdilərimizin qanını yerdə qoymaylblar. Biz hər zaman düşmənə qarşı lazımı cavabı vermişik bundan sonra da buna davam edəcəyik".

Şəhər sakini Elgün Vəliyev: "Bir azərbaycanlı kimi hər zaman erməni quldurlarının vəhşiliklərini qətiyətlə qınayıram. Ermənistana qarşı dövlətimiz tərəfindən daima haqlı bir şəkildə adekvat cavab verilib. Onlar nə istədiklərini özləridə bilmirlər. Hər zaman işğalçı və başqasının torpağına göz dikən bir dövlət olaraq yaddaşlarda qalıb. Onlar nə qədər biz tərəfdən susdurulsalar da, hər zamab olduğu kimi öz təxribatçı əməllərindən əl çəkmirlər".

Şəhər sakini Valya Səmədova: "Ermənilərə deyiləsi sözlər çoxdur. Lakin mənim Paşinyana veriləsi çox suallarım var. Hazırda İrəvanada heç bir azərbaycanlı vətəndaş yaşamır. Amma o istəyir ki, burada yetərincə ermənilər yaşasınlar. Ermənilər Azərbaycan ərazilərindən əl çəkməlidirlər. Bu münaqişə əsirlər boyu davam edib. Nə qədər cavab alsalar da Qarabağdan əl çəkmirlər. Bəs buradan sual meydana gəlir. Əgər Qarabağ torpaqları sənin idisə nəyə görə qurmağ əvəzinə dağıdırdın".

Şəhər sakini Fidan Qasımova: "Erməniləri görüm Allahın cəzasına gəlsinlər. İnanın Allaha ki, nə televiziyanı aça bilirəm nə də sosial şəbəkələri izləyirəm. Hər dəfə şəhid xəbəri gələndə bütün varlığım sızlayır. Mənə bu xəbərlər çox pis təsir edir. Cavan-cavan gənclərimiz, balalarımızı itiririk. Allah onların hər birinə rəhmət eləsin. Məkanı cənnət olsun".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə