ABŞ-Çin münaqişəsi nələrə səbəb ola bilər? - POLİTOLOQ ŞƏRH ETDİ
"ABŞ-la Çin arasında müharibə ehtimalları ciddi görünmür. Çünki bu iki ölkə siyasi və iqtisadi mənada bir-birlərinə rəqib kimi görünsələrdə həm də dünyadaki iqtisadi maraqlar kontekstində ABŞ-ın və Çinin bir-birlərinə olan ehtiyacı kifayət qədər çoxdur". Bu sözləri SİA-ya açıqlamasında politiloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, məhz bu baxımdan ABŞ-la Çin arasında müharibə ilə bağlı Trampın verdiyi mesajlar ciddi qəbul edilməməlidir: "Ümumilikdə Tramp 3-cü dünya müharibəsi və bir çox regional məsələlərlə bağlı ABŞ cəmiyyətində növbəti seçkilərə hesablanmış manevrlər edir. Həmçinin ABŞ-da Bayden Administrasiyası tərəfindən Trampa qarşı siyasi repressiyaların həyata keçirilməsi, ABŞ hüquq sisteminin Donald Trampı uzaqlaşdırması, eyni zamanda siyasi baxımdan zəiflətmək üçün bir çox addımlar atması Trampın daha çox qəzəbinə səbəb olur. Buna görə də o Amerika cəmiyyətində ictimai rəyi və fikri bulandırmaq üçün bu tip iddialardan çıxış etməyə çalışır.
Hesab edirəm ki, Trampın ABŞ-la bağlı verdiyi açıqlamalar reallığı əks etdirmir. Tayvan məsələsi ətrafında ABŞ-la Çin arasında müəyyən fikir ayrılıqları mövcuddur. Lakin özəlliklə post-pandemiya dövründə Çinin Tayvana açıq hərbi müdaxilə etməyəcəyi ortadadır. Bu halda da ABŞ-ın Çinlə real şəkildə qarşılaşması real görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB