Ermənilər 4 ölü və 6 yaralılarının olduğunu deyirlər

Ermənilər 4 ölü və 6 yaralılarının olduğunu deyirlər

Erməni tərəfinin saat 22:15-ə olan məlumatına görə, cəbhə xəttində vəziyyət nisbətən sabit qalmaqda davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi məlumat vermişdi ki, aprelin 11-də yerli vaxtla saat 16:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri guya Tex icması ərazisində mühəndis işləri aparan Ermənistan Silahlı Qüvvələrinin hərbçilərini atəşə tutub.

Ermənilərin “news.am” saytının məlumatına news.am Azərbaycanın “təxribatı” nəticəsində 4 erməni hərbçisi həlak olub, daha 6 hərbçi yaralanıb.

Ermənilərin yazdığına görə, Azərbaycan tərəfi indiyədək üç ölüm faktını rəsmən açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə