ATƏT-lə Azərbaycan münasibətləri hansı səviyyədədir? - MİLLƏT VƏKİLİ DANIŞDI
“Azərbaycan beynəlxalq təşkilatlarla o cümlədən ATƏT-lə sıx əməkdaşlıq münasibətləri var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, ATƏT-in nümayəndə heyətinin Azərbaycana gəlişi tərəflər arasında olan münasibətləri eyni zamanda təşkilat qarşısında duran məsələləri müzakirə etməyə şərait yaradır: “Hesab edirəm ki, çox konstruktiv əməkdaşlığa əsaslanan və tərəfləri qane edən söhbətlər baş tutacaq. Azərbaycan dövlətinin qaldırdığı məsələlərdən biri də işğaldan azad edilən ərazilərimiz də yəni Qarabağ zonasında Ermənistanın törətdikləri vəhşiliklər və Rusiya sülh məramlılarının nəzarət etdiyi əraziyə ermənilərin rahatlıqla silah-sursat daşımalarıdır. Azərbaycan ATƏT-ə özünün dövlət sərhədləri alınaraq qəbul edilib. Bunun üçündə ATƏT ilk növbədə bununla bağlı münasibət bildirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB