"İran məsuliyyət daşıyır" - POLİTOLOQ DANIŞDI

"Münasibətlərin gərginləşməsində yeganə günahkar İrandır. Çünki Azərbaycan dövləti İranda daxil olmağla bütün qonşularına qarşı hər zaman səmimi və dürüst mövqeydən çıxış edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, biz heç zaman daxil olmaqla hər hansısa bir qonşu dövlətlərlə münasibətlərin pisləşməsi kontekstinə diqqət etməmişik və hər zamam çalışmışıq ki, münasibətlər daha da yaxşı olsun: "Amma sistematik şəkildə Azərbaycanın əleyhinə aparılan informasiya terroru, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyi eyni zamanda İranda Azərbaycan səfirliyinə qarşı baş vermiş xain terror, millət vəkili Fazil Mustafaya qarşı təşkil olunmuş sui qəsd, İranın dövlətimizin tərkibində çoxlu sayda cəsus yetişdirməsi və s. bütün bunların hər biri İranın Azərbaycana qarşl dürüst olmadığını göstərir. Azərbaycanla İran regional konteksdə əməkdaşlığı davam etdirməlidir. Bu münasibətlərin gərginləşməsi xüsusi olaraq İran üçün ziyandır. Lakin hesab edirəm ki, bu münasibətlərin yaxşı şəkildə dəyişməsi baxımından heç bir irəliləyiş olmayacaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə