"Xəzərin karbohidrogen ehtiyyatlarının bölüşdürülməsi uğrunda fikirlər irəli sürülür" - POLİTOLOQ ŞƏRH ETDİ

"Xəzərin karbohidrogen ehtiyyatlarının bölüşdürülməsi uğrunda fikirlər irəli sürülür" - POLİTOLOQ ŞƏRH ETDİ

"İran və Rusiya Cənubi Qafqazda maraqları olan dövlətlərdir. Türkiyəni də bu maraqlar sisteminə daxil etməliyik. Tarixən hər üç dövlət Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün mübarizədə olublar. Eyni zamanda SSRİ dağıldıqdan sonra müstəqil dövlətlər yarandı. Həmin dövrə qədər Rusiya və İran arasında Xəzərin hüquqi statusuna dair müzakirələr aparılırdısa, indi isə Xəzər hövzəsində beş dövlət yaranmışdı. Türkmənistan və Azərbaycan da artıq bərbabərhüquqlu Xəzər hövzəsinin dövlətləri kimi burada həm karbohidrogen ehtiyyatları, həm də sektoral bölgəyə dair müzakirələrə başladılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu günə qədər çox saylı danışıqlar raundu keçirilsə də, təhlükəsizlik məsələlərində ümumi vahid və hər kəsi qane edən razlaşmanın əldə olunduğunu görmürük: "İran tərəfi öz iddialarını irəli sürür. Bundan başqa Rusiyanın İranla kənar dövlətlərin müdaxilə etməməsi ilə bağlı mövqeyi ortaqdır. Digər tərəfdən həm də Xəzərin çox zəngin karbohidrogen ehtiyyatlarının bölüşdürülməsi uğrunda da bu gün müxtəlif fikirlər irəli sürülür.

Müsbət məqam isə Vətən müharibəsindən sonra Azərbaycan və Türkmənistan dostluq yatağının işlənilməsinə dair razılığa gəlinməsidir. Bu çox önəmli bir irəliləyişdir. Çünki biz həmin yatağı Kəpəz, Türkmənistan tərəfi isə Sərdar adlandırırdı. Lakin dostluq yatağının birgə işlənilməsi, hasilatın pay bölgüsü istiqamətində əldə olunan razılaşma çox mühüm addım hesab olunur. Lakin İran və Rusiya burada hegemonluğunu, dominant mövqeyini nümayiş etdirmək üçün hər zaman irəliyə çıxmağa çalışır. Bu xüsusda olan danışıqlar da onların fikirlərinin ümumi nəticəyə gəlməsinə mane olub".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə