"ABŞ ilə Çin arasında baş verə biləcək müharibənin nə ilə nəticələnəcəyini hər iki ölkə kifayət qədər yaxşı dərk edir. Həm ABŞ, həm də Çin nüvə dövlətidir və hər ikisinin kifayət qədər güclü hərbi potensialı və müttəfiqləri var". Bu sözləri SİA-ya açıqlamasında Rəşad Bayramov bildirib.
Politoloq qeyd edib ki, bu iki nəhəngin müharibə etməsi, digər ölkələrin də müharibəyə qoşulması ilə nəticələnə bilər: "Bunu Üçüncü Dünya Müharibəsi də adlandırmaq olar. Nüvə əsrində bu müharibənin qalibi olmayacağı da şübhəsizdir. Bunu həm Çin, həm də ABŞ kifayət qədər yaxşı dərk etdikləri üçün belə bir müharibənin baş verməsi ehtimalı zənnimcə, sıfıra bərabərdir. Ümumiyyətlə, ABŞ-ın hər hansı bir ölkəni zəiflətmək üçün seçdiyi yol birbaşa müharibə deyil. ABŞ həmişə üçüncü bir dövlətin vasitəsilə müharibə edir. Biz bunu Rusiya-Ukrayna müharibəsinin timsalında gördük. İndi də Çinə qarşı hər hansı bir hərbi əməliyyat olacaqsa, bu yenə də üçüncü qüvvələrin vasitəsilə olacaq. Bu müharibə Tayvanın vasitəsilə ola bilər.
Hamıya məlumdur ki, Tayvanla Çin münasibətləri son dövrlər çox gərginləşib. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nelsi Pelosinin Tayvana səfərindən gərginləşən bu münasibətlər son bir neçə gün bundan əvvəl Tayvan liderinin Los Angelesdə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonra daha da pisləşib. Rəsmi Pekin bu görüşə etirazını bildirmişdi. Görüşdən dərhal sonra Çin Tayvan adasının şimalında, cənubunda və şərqində havada və dənizdə döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başladı. Təlimlərdə Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisi faktiki olaraq Tayvanı mühasirəyə alıb. Bu isə təbii olaraq Tayvan tərəfindən mənfi qarşılanıb. Nəticədə Çin-Tayvan münasibətləri gərgin fazaya qədəm qoyub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB