“Sülh və barışın olması istiqamətində ciddi addımlar atılmalıdır” - TÜRK POLİTOLOQ AÇIQLADI

“Sülh və barışın olması istiqamətində ciddi addımlar atılmalıdır” - TÜRK POLİTOLOQ AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsi bölgədə ciddi səviyyədə problem yaradan məsələlərdəndir. Bu müharibə xüsusilə iqtisadiyyatı zəif olan qonşu ölkələrə ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar deyib.

Onun sözlərinə görə, müharibənin başladığı ilk gündən bu günə qədər Rusiya-Ukrayna arasında olan müharibədən əlavə Avropa ilə Rusiya arasında bir müharibəyə çevrildiyi müşahidə edilir: “Bu da xronikləşmiş bir vəziyyət yaradır. Müharibənin ciddi səviyyədə təhlükəli mərhələyə dönüşəcəyi ilə bağlı ciddi tərəddüdlərimiz var. Bu tərəddüdlərin ortadan qaldırılması üçün xüsusilə Türkiyə ortaq nöqtəni tapmağa çalışsa da, hələ də müsbət bir nəticə əldə olunmayıb”.

Cihat Rahmi Akar sözlərinə belə davam edib: “Türkiyə və Rusiya prezidentlərinin görüşləri çərçivəsində taxıl koridorunun açılması və bu koridordan taxıla ehtiyyacı olan ölkələrə taxıl ixracı edilməsi məsələsi müzakirə olundu.

Təhdidlərin ortadan qaldırılması üçün Avropa, NATO və BMT-nin vəziyyəti yumuşaltmaq baxımından Rusiya-Ukrayna arasında razılaşma məsələsini müzakirə etməlidirlər. Çünki məsələ günü-gündən uzanır və problemlər də artır. Bu da təbii ki qonşu ölkələrə mənfi təsir edir.

Məsələnin həllində dövlət başçılarının böyük rolu var. Ukrayna prezidenti Avropa və BMT-nin əsarəti altındadır. Ukrayna onların verdiyi maddi yardımlarla Rusiyaya müqavimət göstərir. Rusiya isə bütün bunlara baxmayaraq təcavüzə davam edir. Müharibə hər iki ölkəyə ciddi itkilər yaşadır.

Düşünürəm ki, sülh və barışın olması istiqamətində ciddi addımlar atılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə