Təhlükəsizliyimiz daha möhkəm şəkildə qorunmalıdır - POLİTOLOQ

"Azərbaycan-İsrail münasibətləri bizim səfirliyimiz Təl-Əvivdə açıldıqdan sonra daha yüksək sürətlə inkişaf etmək mərhələsinə qədəm qoydu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.

O, qeyd edib ki, təkcə İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyət nəticəsində münasibətlərimiz yetərincə yüksək idi: "Bundan sonra, düşünürəm ki, iki ölkənin diplomatları daha da ciddi şəkildə əməkdaşlıq edəcəklər. Bu bizim siyasi, iqtisadi, hərbi əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması ilə nəticələnəcək. Amma biz eyni amanda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdirilməsini istəməyən qonşularımızın bizə qarşı qurduqları təhlükəni də unurmamalıyıq. Təhlükəsizliyimiz daha möhkəm şəkildə qorunmalıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə