“Türk xalqının ona etimad göstərəcəyindən əminəm” - MÜNASİBƏT BİLDİRİLDİ
“Türkiyədə keçiriləcək Prezident seçkilərinin favoriti heç şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğandır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Ərdoğanın sayəsində Türkiyə son 20 ildə çox böyük bir yol keçmiş, elm, texnologiya, hərbi sənaye və iqtisadiyyatın digər sahələrində böyük uğurlar əldə etmişdir: “Ötən əsrin Türkiyəsinə nəzər salanda, bu ölkədə necə böyük inkişafın və müsbət dəyişikliklərin şahidi oluruq. Bütün dünyada və inkişaf etmiş ölkələrdə iqtisadi çətinliklərin və geriləmələrin mövcud olduğu bir dönəmdə, Türkiyədə iqtisadi sabitlik qorunub saxlanılır”.
Vüqar Əhmədov sözlərinə belə davam edib: “Eyni zamanda həssas regionda yerləşməsindən dolayı bu gün mövcud olan müxtəlif təhdid və terrorla Türkiyə çox uğurla mübarizə aparır. Türkiyə ən iri regional güclərin mübarizə və eyni zamanda anlaşma məkanına çevrilib. Təbii ki, bütün bunlar Ərdoğan şəxsiyyətinin nüfuzu sayəsində mümkün olmuşdur. Rəcəb Tayyib Ərdoğan nəinki öz ölkəsinin, bütün Türk dünyasının dəstəyini almış bir liderdir, təsadüfi deyildir ki, cənab Ərdoğanın Türkiyədə Prezident seçkilərinə rəsmi namizədliyinin bəyan olunması məhz Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqaladə toplantısı keçirilən günə təsadüf etmişdir. Əlbəttə ki, mən bunu da təsadüf saymıram, bu Türkiyə Prezidentinə bütün Türk dünyasının dəstəyinin bariz nümunəsidir. Bu baxımdan 14 May, 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyinə və Türkiyə xalqının ona etimad göstərəcəyinə tam əminliyimi bildirmək istəyirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB